"Pişik" Güneldən deputatın ona ev verməsi ilə bağlı açıqlama: "Gözəl-göyçək qızam..."
01 Yanvar 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
87
02.01.2026, 08:25
Sənət adamları səhnəyə çox şeyini fəda edir… Zamanını, istirahətini, ailəsini… O isə səhnəyə sağlamlığını verdi və geri ala bilmədi. Bircə səhvi ilə həyatı dəyişdi, sağlamlığı əldən getdi, onu heç vaxt tərk etməyən qəvi xəstəlik qazandı… Bu adam bir zamanların ən sevilən siması, indi isə çoxu tərəfindən unudulan müğənni Kəmalə Rəhimlidir…
Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, atası isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Kəmalə gənc yaşlarında atasını itirir. Daha sonra isə anası da həyatdan köçür…
Orta məktəb illərində musiqiyə həvəsi yaranır. Ancaq anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskvada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.
Kəmalə isə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə “Bakı” mahnısını ifa edir.
Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də “Lalə” qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. O, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır.
Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda “Mercedes” markalı avtomobil sürən ilk qadındır.
Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçir ki, biletlər tapılmır, böyük izdiham yaşanır.
“Lalə” qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə “Qayınana” filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu “Nəsimi” filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə “axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm”, – deyir. Amma illər sonra filmə çəkilmədiyinə görə təəssüf edir. Düşünür ki, sənət tarixində qalmaq üçün filmə çəkilmək uğurlu addım ola bilərdi.
Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar.
Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər...
Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox olub. Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları dünyaya gəlir.
İllər öncə Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb.
“Mən Mahnı və Rəqs ansamblında işləyəndə oğlum Tural dünyaya gəldi. Amma bundan əvvəl doğum evində bir övladımı həkim bilərəkdən öldürmüşdü. Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qayınanamın qisasını məndən aldığını bildirmişdi.
Həmçinin oxuyun
Davamı TV11-də...
11:05 / 02 Yanvar 2026
1
10:55 / 02 Yanvar 2026
43
10:31 / 02 Yanvar 2026
58
10:21 / 02 Yanvar 2026
244
10:18 / 02 Yanvar 2026
34
09:59 / 02 Yanvar 2026
38
09:55 / 02 Yanvar 2026
37
09:43 / 02 Yanvar 2026
90
09:31 / 02 Yanvar 2026
42
09:19 / 02 Yanvar 2026
36
09:10 / 02 Yanvar 2026
463
09:07 / 02 Yanvar 2026
241
09:05 / 02 Yanvar 2026
153
08:45 / 02 Yanvar 2026
45
01:28 / 02 Yanvar 2026
1928
01:16 / 02 Yanvar 2026
101
00:30 / 02 Yanvar 2026
159
00:29 / 02 Yanvar 2026
136
00:19 / 02 Yanvar 2026
5360
23:56 / 01 Yanvar 2026
1268
23:55 / 01 Yanvar 2026
136
23:43 / 01 Yanvar 2026
218
23:25 / 01 Yanvar 2026
414
23:22 / 01 Yanvar 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.