Geyimləri ilə gündəmdən düşməyən aktrisa Pərvin Abıyeva gözlənilməz addımları ilə pərəstişkarlarını təəccübləndirməyə davam edir.
Oxu24.com xəbər verir ki, aktrisa bu dəfə də geyimi ilə diqqətləri öz üzərinə çəkə bilib.
O, dəniz kənarında cins geyimdə yeni fotolarını paylaşıb. Beli aşağı olan yırtıq cins şalvarını bodi ilə uyğunlaşdıran artistin tərzi müzakirə yaradıb. Onun bu tərzi Cennifer Lopesin ötən il səs-küyə səbəb olan geyimini xatrıladıb.
Məlumat üçün bildirək ki, aktrisa bu yaxınlarda Türkiyə istehsalı olan “Astral səyahət” adlı qorxu janrında çəkilmiş ekran işi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Ekran işi həm Azərbaycan, həm də Türkiyə kinoteatrlarında təqdim olunacaq.
Oxu24.com
ŞƏRHLƏR