Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artistinə BÖYÜK ŞOK: evi əlindən alınır? - ÖZÜ AÇIQLADI

Xalq artistinə BÖYÜK ŞOK: evi əlindən alınır? - ÖZÜ AÇIQLADI

ŞOU-BİZNES

1164

17.05.2019, 14:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilməsi ilə bağlı xəbərlər yayılıb.
 İddia olunur ki, bir müddət əvvəl “Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var.
Publika.az xəbəri dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxlayıb. Xalq artisti əvvəlcə bu barədə danışmaq istəmədiyini desə də, sonradan xəbəri təkzib edib. “30 ildir səhnədəyəm, belə bir şey görməmişəm. Əlbəttə ki, boş söhbətlərdir, yalan xəbərdir, yanından keçməyin. Bu barədə yazmağa və danışmağa ehtiyac görmürəm”.