Tel-Əvivdə 64-cü “Eurovision” mahnı ikinci yarımfinalı başlayıb.
Oxu24.com xəbər verir ki, ilk olaraq səhnəyə Ermənistan təmsilçisi Srbuk “Walking Out” adlı mahnı ilə çıxıb. Onun ardınca İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya, Rusiya və Azərbaycan təmsilçiləri öz nömrələrini göstərəcəklər.
Azərbaycanı yarışmada təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edib.
Çıxışların yekununda səsvermənin nəticəsi olaraq finala 10 ifaçı vəsiqə qazanacaq.
Xatırladaq ki, birinci yarımfinalda finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya olub.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər. Avroviziya mahnı müsabiqəsi keçirilir.Hazırda səslərin hesabl anması gedir.
Canlı yayımı təüdim edirik.
Oxu24.com
ŞƏRHLƏR