ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.
Oxu24.com ölkə.az-a istinadən bildirir ki, ifaçı verilişdə maraqlı açıqlamaları ilə gündəm yaratmağı bacarıb.
İfaçı xanım müasir, gündəmdə olan, ancaq səsdən kasıb olan müğənnilərdən ürək yanğısıyla danışıb:
"Maral Tahirqızının yeri dəlixanadır. Vallah, onun başı çatmır. Elə oxumaq olur? Nə geyimini bilir, nə danışığını, nə oturuşunu. Onu müğənni hesab edirsizsə, o zaman sabahdan mən müğənniliyi atıram", - müğənni qeyd edib.
Daha sonra Dostəliyeva əvvəlki ifaçıların necə çətinliklə bu sənətdə olduqlarını da qeyd edib.
"Rəhmətlik Nəzakət Məmmədova ilə biz ikimiz qastrol səfərlərində oxuyanda, o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi. İndi müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız".
Qeyd edək ki, Z.Dostəliyeva Xalq artisti Nazpəri Dostəliyevanın bacısıdır.
Oxu24.com
ŞƏRHLƏR