Elgiz yeni verilişinin tarixini açıqladı
03 Sentyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
360
17.10.2024, 15:10
““Yalı çapkını” serial çəkilişində mənə çox maraq, diqqət və simpatiya var idi. Hətta mən setə gedəndə oradakı bütün xanımlar mənə yaxınlaşıb dedilər ki, hamı səndən danışır, biz səni daha böyük layihələrdə görəcəyik”.
Oxu24.com xəbər verir ki, bu sözləri Ülviyyə Xalinbəyova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Epizodik rolda reytinqləri alt-üst edən “Yalı çapkını” serialına çəkilən Ülviyyə setdə türk həmkarlarının ona olan marağından və diqqətindən söz açıb:
“Çəkiliş meydançasında 100 nəfərə qədər insan vardı. Mənə dedilər ki, heç kim onların diqqətini çəkmir, amma haradan keçirsənsə, hamı sənə baxır və maraqlanır. Təbii ki, mən orada olan aktrisalarda qısqanclıq yaratdım. Əslində məni insanlar başqa cür tanıyırlar. Mən sülh olmasının tərəfdayıram. İş yoldaşlarım da bilirlər ki, mən bu xasiyyətdə insanam. Amma mən qalmaqallardan və davalardan qaçdığım üçün bu şeylərdə mənim arxamca qaçır. Çünki qorxular hər zaman insanı izləyir”.
Praqramın aparıcısı İsa Şükürovun ““Yalı çapkını” serialının baş rol ifaçısı Afra Saracoğlu sizi daha çox qısqanıb. Hətta deyilənlərə görə, o istəməyib ki, siz onun kadrlarında olasınız?” sualına Ülviyyənin cavabı belə olub:
“Bu haqda danışmaq istəmirəm. Hər şey göründüyü kimi deyil. Buradan sevə - sevə izlədiklərimi orada gedib görəndən sonra dedim ki, bunlar necə fərqlidirlər. Misal üçün Mert Ramazanoğlunu sevmirdim. O mənə eqolu və yekəxana təsiri bağışlamışdı. Afranı isə çox sevirdim. Gedəndən sonra onu gördüm və fikirlərim dəyişdi. Gedəndən sonra gördüm ki, Mert orada “çapkın” deyil, yəni o obrazdakı kimi deyil, çox istiqanlıdır. Afra isə soyuqqanlı və eqoludur. Afra çəkilişlərdə gəlib mənimlə ünsiyyət qurdu. Onun bu hərəkəti kəşfiyyat xarakter daşımırdı. Sadəcə olaraq o mənə eqosunu göstərdi. Amma mən bu haqda geniş danışmaq istəmirəm. Yoxsa onun danışıq tərzini sizə göstərərdim”.
Qeyd edək ki, Ülviyyə Xalinbəyova sözügedən serialda Sunayla Abidinin toy səhnəsində Feritin arxasında ekranda görünüb.
10:28 / 05 Sentyabr 2026
13
10:24 / 05 Sentyabr 2026
17
10:20 / 05 Sentyabr 2026
54
10:18 / 05 Sentyabr 2026
21
10:17 / 05 Sentyabr 2026
23
02:49 / 05 Sentyabr 2026
236
02:36 / 05 Sentyabr 2026
355
02:34 / 05 Sentyabr 2026
183
02:23 / 05 Sentyabr 2026
211
23:46 / 04 Sentyabr 2026
81
23:20 / 04 Sentyabr 2026
86
23:00 / 04 Sentyabr 2026
101
22:39 / 04 Sentyabr 2026
102
22:35 / 04 Sentyabr 2026
101
22:23 / 04 Sentyabr 2026
114
21:59 / 04 Sentyabr 2026
92
21:41 / 04 Sentyabr 2026
80
21:24 / 04 Sentyabr 2026
88
21:19 / 04 Sentyabr 2026
244
21:04 / 04 Sentyabr 2026
115
20:59 / 04 Sentyabr 2026
94
20:29 / 04 Sentyabr 2026
98
20:12 / 04 Sentyabr 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.