Qaynar xətt:

(+99450) 247 90 86

Engin Altan Düzyatan Bakıya gəlir

Engin Altan Düzyatan Bakıya gəlir

ŞOU-BİZNES

324

29.08.2024, 14:29

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.

Oxu24.com xəbər verir ki, aktyor Bakılda 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.