Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
05 May 2026, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
594
23.05.2024, 16:47
"Hazırda Azərbaycanda film sahəsi bərbad vəziyyətdədir. Söhbət həm serial, həm də tammetrajli filmlərdən gedir. Serial bizdə onsuz da inkişaf etməyib, etməyəcəyini də düşünürəm. İndi 33 yaşım var. Bu sahədə tanınmağa başlayanda 21-22 yaşında idim. Yenicə addımlarımı atanda az da olsa inkişaf var idi, nəsə etməyə çalışırdılar. Amma heç bir nəticə olmadı. Ayrılmış büdcələr, ssenarilər, xaricdən çağırılmış rejissorlar belə effekt vermədi".
Oxu24.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Rəngarəng səhər" verilişində deyib. Sənətçi Azərbaycanda film sahəsinin inkişaf etməməsindən söz açıb:
Həmçinin oxuyun
"Son 5 ildir ki, bu sahə tamamilə dayanmış bir vəziyyətdədir. Nadir hallarda hansısa bir yeni layihə görərsən. Amma bir müddət var idi ki, kinoteatrlarda yalnız Azərbaycan filmləri nümayiş olunurdu. İndi isə o da yoxdur. Azərbaycanda film və serialların çəkilməsinə maneə törədən pandemiya oldu. Həmin vaxt bu sahə tamamilə dayandı. Pandemiya səbəbi ilə də pul və büdcə də olmadı ki, ekran işləri çəkilsin. Və beləcə, bu sahə həm keyfiyyətini, həm də dəyərini itirdi. Adım heç bir serial və filmlərdə indi yoxdur. Çünki gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Günlük 500 manata çəkilmişəm. Yenicə başlayanda olub. Belə ki, bu sənətə gələndə üç seriala çəkilmişəm, onu da təcrübə üçün etmişəm. Çünki mənim bu sahə ilə bağlı təhsilim yox idi, peşəkar aktyordan dərs də almamışdım. Məni kəşf edib sadəcə kameranın önünə atmışdırlar ki, oyna.
Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm".
00:53 / 06 May 2026
35
00:21 / 06 May 2026
192
23:52 / 05 May 2026
55
23:34 / 05 May 2026
70
23:27 / 05 May 2026
55
23:24 / 05 May 2026
55
23:20 / 05 May 2026
48
23:12 / 05 May 2026
153
23:03 / 05 May 2026
102
22:58 / 05 May 2026
53
22:51 / 05 May 2026
49
22:48 / 05 May 2026
55
22:42 / 05 May 2026
60
22:37 / 05 May 2026
83
22:29 / 05 May 2026
505
22:27 / 05 May 2026
281
22:23 / 05 May 2026
260
22:20 / 05 May 2026
218
22:18 / 05 May 2026
61
22:04 / 05 May 2026
1162
21:59 / 05 May 2026
82
21:41 / 05 May 2026
70
21:39 / 05 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.