Musiqidə zövq böhranına 7 əfsanə ilə cavab: Yaqut Xəlilzadədən iddialı layihə
21 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
553
22.02.2024, 14:19
Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.
Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən eilib.
K. Zeynallının vəkili Ələkbər Qarayev “Qafqazinfo”ya açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: “Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra K. Zeynallı Azərbaycan ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub. Oradan video çəkərək paylaşıb və Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, bu ərazilər, harada ki müharibə gedir və orada Kamil Zeynallı olub, guya həmin yerlər Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.
Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər”.
Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: “Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı”.
Qeyd edək ki, dünən Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb.
Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir.
12:12 / 28 Noyabr 2026
1
12:05 / 28 Noyabr 2026
45
11:50 / 28 Noyabr 2026
71
11:21 / 28 Noyabr 2026
107
11:13 / 28 Noyabr 2026
95
10:46 / 28 Noyabr 2026
162
10:39 / 28 Noyabr 2026
264
10:29 / 28 Noyabr 2026
109
10:25 / 28 Noyabr 2026
248
10:18 / 28 Noyabr 2026
112
10:10 / 28 Noyabr 2026
112
09:37 / 28 Noyabr 2026
399
09:26 / 28 Noyabr 2026
130
09:24 / 28 Noyabr 2026
122
02:18 / 28 Noyabr 2026
239
01:49 / 28 Noyabr 2026
240
01:11 / 28 Noyabr 2026
230
23:59 / 27 Noyabr 2026
250
23:54 / 27 Noyabr 2026
241
23:40 / 27 Noyabr 2026
254
23:40 / 27 Noyabr 2026
240
23:35 / 27 Noyabr 2026
237
23:32 / 27 Noyabr 2026
773
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.