SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1591
28.09.2022, 19:39
Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında deyilib ki, “ötən həftə “Rusiya Ukraynaya təcavüzünü yeni bir səviyyəyə qaldırıb”.
Aİ liderləri bildirib ki, “Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir”.
“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik”, - Ursula von der Leyen bildirib.
O vurğulayıb ki, növbəti sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq: “Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Hansı ki, bu, ölkənin iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. İxrac sahəsində məhdudiyyətlər, xüsusən də onun müharibəsi üçün lazım olan əsas texnologiyalar, aviasiya ilə bağlı hissələr və ya kimyəvi maddələr bura daxildir. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Beləliklə, biz təklif edirik ki, Rusiyaya Avropa xidmətlərinin göstərilməsinə əlavə qadağalar tətbiq olunsun. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilsin”.
Həmçinin oxuyun
Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Biz sanksiyaların qarşısının alınması ilə bağlı səylərimizi gücləndiririk. Ona görə də biz yeni kateqoriya əlavə edirik ki, sanksiyalarımızdan yayınan şəxsləri siyahıya sala bilək. Məsələn, Rusiya tərəfi Avropadan məhsul alıb onu üçüncü ölkə vasitəsilə Rusiyaya keçirə bilməyəcək. Bu, güclü çəkindirici təsir olacaq”.
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.