Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukrayna şad xəbəri açıqladı: məhv edilib və  irəliləyişi dayandırıb

SON DƏQİQƏ! Ukrayna şad xəbəri açıqladı: məhv edilib və  irəliləyişi dayandırıb

SON DƏQİQƏ

2469

18.03.2022, 11:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiya silahlı qüvvələrinin 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edib və irəliləyişini dayandırıb".

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Həmçinin, zenit-raket qüvvələri və qırıcı təyyarələr Rusiyanın 14 hava hədəfini, o cümlədən, yeddi təyyarə, bir helikopter, üç PUA və üç qanadlı raketini vurub.

İşğalçılar müharibəni davam etdirmək üçün kəskin kadr çatışmazlığı yaşayır: rus əsgərləri döyüşməmək üçün özlərini şikəst edirlər.

Lakin Rusiya Silahlı Qüvvələrinin komandanlığı Suriyadan könüllüləri, çağırışçıları və kursantları, habelə muzdluları cəlb etmək üçün gizli səfərbərlik aparır.

İşğalçıların şəxsi heyətinin mənəvi-psixoloji durumu fərarilik və Ukraynaya qarşı müharibədə iştirakdan imtina hallarının sayının artmasına səbəb olur”,- deyə məlumatda qeyd olunub. (modern)