Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65328
az

Alimlər koronavirusun növbəti təhlükəli ştamı barədə xəbərdarlıq ediblər

09:0014 Fevral, 2022
600
  • A
Britaniya alimləri hesab edirlər ki, koronavirusun növbəti ştammı əvvəlki versiyalardan daha təhlükəli ola bilər. “Oxu24.com”un məlumatına görə, bu barədə “The Guardian” yazır. Edinburq Universitetinin epidemioloq professoru Mark Vulhaus bildirib ki, “omikron” ştamı COVID-19-un fərqli geneoloji qoludur və “delta” ilə birbaşa bağlı deyil. Bu vəziyyətlə əlaqədar olaraq, yeni ştamın haradan gələcəyi və sonda hansı xüsusiyyətlərə sahib olacağı da tam aydın deyil. “Bu, daha çox və ya daha az patogen ola bilər. “Omikron”dan sonra daha çox ştam olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha ölümcül ola və ya daha ciddi mənfi təsir göstərə bilər", - mütəxəssis vurğulayıb. Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda yoluxma sayı 402 milyondan çoxdur. Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ (76 milyondan çox), Hindistan (42 milyondan çox) və Braziliyada (26 milyondan çox) qeydə alınıb. Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN Daşkəsən rayonunda baş vermiş insidentlə bağlı açıqlama verib
Ölən və 90-dan çox yaralı var - Rusiyadan dəhşətli xəbər
SON DƏQİQƏ! TƏBİB açıqlama yaydı

Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO