SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1220
21.12.2021, 07:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin iclasını keçirib və bir neçə saat davam edən iclasdan sonra qəbul edilən mühüm qərarları açıqlayıb. Ərdoğan bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar qəbul edilib və həmin qərarlar növbəti günlərdə tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, Bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.
Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.
"Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq", - Türkiyə lideri bildirib.
Həmçinin oxuyun
Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.
Ərdoğanın açıqladığı müvəqqəti tədbirlər paketindən dərhal sonra bu gün ərzində 10 faizdən çox bahalaşan dollar ucuzlaşmağa başlayıb və 1 saatın ərzində məzənnəsi 5 faizdən çox geriləyib. Amma məzənnə az sonra yenidən artmağa başlayıb. Bakı vaxtı ilə 22.30 radələrində 1 ABŞ dolları 16.89 TL -yə yaxın idi. Lakin cəmi 1 dəqiqə ərzində məzənnə yenidən kəskin, 7 faizdən çox aşağı enib və 1 dollar 15.2 TL-yə yaxın olub. Dolların məzənnəsində başgicəlləndirici dəyişikliklər davam etməkdədir.
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: Bu rayonlarda ləğv edildi
20:48 / 16 Fevral 2026
20
20:46 / 16 Fevral 2026
11
20:44 / 16 Fevral 2026
31
20:30 / 16 Fevral 2026
38
20:22 / 16 Fevral 2026
85
20:01 / 16 Fevral 2026
78
19:59 / 16 Fevral 2026
81
19:53 / 16 Fevral 2026
137
19:51 / 16 Fevral 2026
49
19:44 / 16 Fevral 2026
65
19:43 / 16 Fevral 2026
36
19:30 / 16 Fevral 2026
80
19:29 / 16 Fevral 2026
48
19:23 / 16 Fevral 2026
574
19:13 / 16 Fevral 2026
146
19:09 / 16 Fevral 2026
102
18:59 / 16 Fevral 2026
59
18:45 / 16 Fevral 2026
63
18:35 / 16 Fevral 2026
65
18:19 / 16 Fevral 2026
275
18:19 / 16 Fevral 2026
67
17:59 / 16 Fevral 2026
511
17:55 / 16 Fevral 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.