Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ermənistan yeni itkilərin açıqladı

SON DƏQİQƏ! Ermənistan yeni itkilərin açıqladı

SON DƏQİQƏ

4115

17.04.2021, 21:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Bu barədə  Oxu24.com  Ermənistan mətbuatına istinadən xəbər verir.

Beləliklə, Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra Ermənistanın meyiti tapılan itkin hərbçilərinin sayı 1 543 nəfərə çatıb.

Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub.

Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər.

Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.