Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43098
az

Azərbaycanda həftədə 4 gün çölə çıxmaq QADAĞAN OLUNA BİLƏR

16:3401 Dekabr, 2020
526
SON DƏQİQƏ
  • A
Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə koronavirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər. Qeyd edək ki, 4 426 nəfər yoluxub, 41 nəfər vəfat edib. Azərbaycanda da hər həftə 4 gün çölə çıxma qadağası qoyula bilərmi? BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, əvvəlki müsahibələrində də qeyd etdiyi kimi, yoluxanların sayı 5000-nə, ölənlərin sayı isə 50-yə çatacaq: "Operativ Qərargah sərtləşdirmə ilə bağlı təcili qərar verməlidir. Humanitar fəlakətə qarşı tədbirlər görülməlidir. Apreldəki sərt karantin rejiminə qayıtmaq laqzımdır. Karantin rejimini Türkiyədəkindən də sərt etmək lazımdır. "Sms icazə" sisteminə qayıtmalıyıq. 65 yaşından yuxarı insanlarınn çölə çıxmasına qadağa qoyulmalıdır. Çayxanalar və restoranlar bağlanılmalıdır. Balaca bir masanın ətrafında 7-8 nəfər oturur. Təəssüf ki, hamısı da bir-biri ilə qucaqlaşıb, öpüşürlər. Bizdə ümumi salamlaşmaq yoxdur. Bugünkü Laçın sevinci də 2 həftə sonra yoluxanların sayının artmasına səbəb olacaq. 2 həftə sonra görəcəyik ki, gündəlik yoluxma sayı 6000 və ya 7000-nə yüksəlib. Ölüm sayı da 100-ə qalxacaq. Ona görə də təcili tədbir görülməlidir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı