Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
696
23.07.2020, 11:01
Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Səfirlikdən Oxu24.com-a daxil olan müraciətdə deyilir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla, həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.
“Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc Azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qoyub. Nəticədə, bir neçə həmvətənimiz ciddi bədən xəsarətləri alıb.
Öz tərəfimizdən, hər hansı bir xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik.
Biz hər bir soydaşımızın göstərdiyi vətənpərvərlik və milli birlik, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 21 iyulda Los Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələləri Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.
Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meylindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirməyə və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.
Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.
Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayi, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilər. Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilər”.
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.