Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ermənistan yenidən təxribata cəhd etdi: Ordumuz vurdu

SON DƏQİQƏ! Ermənistan yenidən təxribata cəhd etdi: Ordumuz vurdu

SON DƏQİQƏ

4053

21.07.2020, 10:07

Ermənistana məxsus iki PUA vurulub.

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

MN-dən Oxu24.com-a  verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.