Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! AzTv-nin əməkdaşı öldü

SON DƏQİQƏ! AzTv-nin əməkdaşı öldü

SON DƏQİQƏ

851

20.07.2020, 20:16

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Bunu APA-ya açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib.

6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".