Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2081
20.07.2020, 18:06
“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.
AZAL-dan Oxu24.com-a verilən məlumata görə, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” messenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz: “Referans” laboratoriyası; “Leyla” klinikası; “Memorial” klinikası; “Bona Dea” xəstəxanası; “İnci” laboratoriyası; Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM); “Kaspian Hospital” və “UltraLab”.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir:
//covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.
İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.
13:24 / 17 Noyabr 2026
33
13:22 / 17 Noyabr 2026
37
12:58 / 17 Noyabr 2026
49
12:55 / 17 Noyabr 2026
65
12:43 / 17 Noyabr 2026
56
12:25 / 17 Noyabr 2026
68
12:05 / 17 Noyabr 2026
467
11:58 / 17 Noyabr 2026
76
11:56 / 17 Noyabr 2026
249
11:28 / 17 Noyabr 2026
82
11:00 / 17 Noyabr 2026
104
10:54 / 17 Noyabr 2026
103
10:50 / 17 Noyabr 2026
120
10:45 / 17 Noyabr 2026
112
10:32 / 17 Noyabr 2026
120
10:30 / 17 Noyabr 2026
130
10:22 / 17 Noyabr 2026
128
10:17 / 17 Noyabr 2026
124
10:13 / 17 Noyabr 2026
121
10:00 / 17 Noyabr 2026
118
09:58 / 17 Noyabr 2026
506
09:54 / 17 Noyabr 2026
1101
09:45 / 17 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.