Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1305
15.07.2020, 18:52
2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Baş Prokurorluqdan Oxu24.com -a verilən məlumata görə, təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.
Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
16:12 / 17 Noyabr 2026
1
15:57 / 17 Noyabr 2026
48
15:43 / 17 Noyabr 2026
64
15:12 / 17 Noyabr 2026
91
15:07 / 17 Noyabr 2026
79
14:52 / 17 Noyabr 2026
83
14:35 / 17 Noyabr 2026
86
14:15 / 17 Noyabr 2026
86
14:02 / 17 Noyabr 2026
97
13:57 / 17 Noyabr 2026
105
13:45 / 17 Noyabr 2026
104
13:24 / 17 Noyabr 2026
123
13:22 / 17 Noyabr 2026
133
12:58 / 17 Noyabr 2026
137
12:55 / 17 Noyabr 2026
143
12:43 / 17 Noyabr 2026
140
12:25 / 17 Noyabr 2026
138
12:05 / 17 Noyabr 2026
780
11:58 / 17 Noyabr 2026
135
11:56 / 17 Noyabr 2026
397
11:28 / 17 Noyabr 2026
123
11:00 / 17 Noyabr 2026
165
10:54 / 17 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.