SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
845
15.07.2020, 12:15
“Şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir”.
Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclis Aparatı məlumat yayıb.
Məlumatda daha sonda deyilir:
“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.
Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.
Bu gün Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.
Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”.
23:27 / 15 May 2026
1
23:25 / 15 May 2026
7
23:22 / 15 May 2026
13
23:20 / 15 May 2026
24
23:19 / 15 May 2026
112
23:15 / 15 May 2026
26
23:09 / 15 May 2026
41
23:08 / 15 May 2026
38
23:04 / 15 May 2026
38
22:50 / 15 May 2026
42
22:44 / 15 May 2026
140
22:33 / 15 May 2026
124
22:24 / 15 May 2026
190
22:01 / 15 May 2026
293
21:31 / 15 May 2026
91
21:21 / 15 May 2026
150
21:10 / 15 May 2026
85
20:59 / 15 May 2026
85
20:55 / 15 May 2026
69
20:22 / 15 May 2026
93
20:06 / 15 May 2026
90
19:57 / 15 May 2026
196
19:47 / 15 May 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.