SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
640
14.07.2020, 17:02
İyulun 14-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu24.com-a verilən məlumata görə, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Məlumata əsasən, bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.
Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan, turizm vizası olan, BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlərə icazə verilir.
Qeyd olunan sərnişinlər //smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər.
Digər əmirliklərin rezidentləri //smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login keçiddən istifadə etməklə icazə almalıdırlar.
Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.
Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:
"Android": //play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US;
iOS: //apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399.
Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.
Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Siyahıya "Referans" laboratoriyası, "Leyla" klinikası, "Memorial" klinikası, "Bona Dea" xəstəxanası, "İnci" laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM), "Caspian Hospital" və "UltraLab"” laboratoriyaları daxildir.
BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.
20:22 / 15 May 2026
7
20:06 / 15 May 2026
35
19:57 / 15 May 2026
119
19:47 / 15 May 2026
136
19:38 / 15 May 2026
52
19:17 / 15 May 2026
116
19:09 / 15 May 2026
89
19:01 / 15 May 2026
68
18:50 / 15 May 2026
78
18:40 / 15 May 2026
84
18:28 / 15 May 2026
93
18:07 / 15 May 2026
84
18:00 / 15 May 2026
94
17:47 / 15 May 2026
195
17:12 / 15 May 2026
77
17:00 / 15 May 2026
227
17:00 / 15 May 2026
82
16:56 / 15 May 2026
164
16:38 / 15 May 2026
79
16:35 / 15 May 2026
81
16:20 / 15 May 2026
96
16:13 / 15 May 2026
239
16:09 / 15 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.