Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya rəsmi şəkildə bəyan etdi: Atəşkəs rejiminə...

SON DƏQİQƏ! Rusiya rəsmi şəkildə bəyan etdi: Atəşkəs rejiminə...

SON DƏQİQƏ

3524

13.07.2020, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir.

Oxu24.com -un  verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.