Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32664
az

SON DƏQİQƏ! Neftlə  bağlı  dünyaya təsir  edəcək  qərar bu  dəqiqələrdə  verildi

00:5307 İyun, 2020
896
SON DƏQİQƏ
  • A

Bu gün OPEC+ iclasının yekun kommunikesinə əsasən, OPEC+ ölkələri bu günki görüşdə böyük ehtimalla hasilatın azaldılmasının bir ay, yəni iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlib.

Oxu24.com -un "Reuters"ə istinadən verdiyi məlumata görə, OPEC+ hasilatı aprel ayında təsdiqlənmiş plana əsasən 100% azaltmayan ölkələrə (İraq və Nigeriya) iyul - sentyabr aylarında öhdəliklərini tam şəkildə yerinə yetirmələrini tapşıracaq.

Sənədə əsasən, iclasda iştirak edən ölkələr əvvəlki öhdəliklərini təsdiqləyir, həmçinin bütün əsas neft istehsalçılarını OPEC və sazişdə iştirak edən digər ölkələrin səylərini nəzərə alaraq neft bazarının sabitləşməsinə mütənasib töhfə verməyə çağırır.

OPEC-də olan iki mənbə azalmanın bir aylıq uzadılmasına razı olduqlarını söyləyib. 

OPEC+ ölkələri nazirlərinin onlayn görüşü başa çatıb.

İclasda hasilatın azaldılmasının bir ay - yəni, iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistana ildırım düşdü: Ölən və yaralılar var
SON DƏQİQƏ! Baş redaktor həbs edildi
Rusiyada liman yanır

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı