Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1008
13.03.2020, 11:08
Azərbaycan koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizə üzrə hazırlıq tədbirlərini genişləndirir.
Oxu24.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin rəsmi səhifəsində məlumat yayılıb.
Təşkilatın saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilib və Azərbaycanın koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunub.
Qeyd olunub ki, hazırda ÜST-nin ekspertlərindən ibarət bir qrup şəxs Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün Bakıda səfərdədir. 5 günlük səfər müddətində ekspert qrupu Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində olan xəstəxanalara, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə baş çəkib.
Bildirilib ki, bu günə qədər Azərbaycan koronavirusun az sayda idxalını təsdiqləyib. Ölkə İranla həmsərhəd olduğundan virusa yoluxma ilə bağlı bir çox fakt təsdiqlənib.
Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqələli şəkildə koronavirusun yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verdiyi və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırdığı vurğulanıb.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.