Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23708
az

16 yaşlı gəlini öldürən şəxs həbs edildi

12:4731 Yanvar, 2020
556
  • A

Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Masallı rayon Prokurorluğundan  Oxu24.com- a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək
Zakir Həsənov Arnold H.Kammeli qəbul etdi
İtkin düşən əsgərimizin nəşi tapıldı

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Narkoloji Mərkəzin həbsdə olan sabiq direktorundan XƏBƏR VAR