SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
719
11.12.2019, 09:37
2019-cu ilin dekabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.
DSX-nın mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.
Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkar olunub.
Həmçinin oxuyun
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir.
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
17:34 / 09 Aprel 2026
12
17:24 / 09 Aprel 2026
22
17:22 / 09 Aprel 2026
21
17:20 / 09 Aprel 2026
25
17:09 / 09 Aprel 2026
36
17:06 / 09 Aprel 2026
36
16:58 / 09 Aprel 2026
194
16:54 / 09 Aprel 2026
44
16:51 / 09 Aprel 2026
111
16:48 / 09 Aprel 2026
33
16:44 / 09 Aprel 2026
51
16:39 / 09 Aprel 2026
57
16:30 / 09 Aprel 2026
840
16:19 / 09 Aprel 2026
60
16:10 / 09 Aprel 2026
67
16:02 / 09 Aprel 2026
55
15:52 / 09 Aprel 2026
63
15:40 / 09 Aprel 2026
132
15:34 / 09 Aprel 2026
56
15:27 / 09 Aprel 2026
67
15:11 / 09 Aprel 2026
2902
15:07 / 09 Aprel 2026
116
15:03 / 09 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.