SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
987
10.12.2019, 11:37
Azərbaycan kinorejissoru, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib.
Oxu24.com xəbər verir ki, mərhumla vida mərasimi Təzə pir məscidində keçiriləcək.
Qeyd edək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
Həmçinin oxuyun
Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.
"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləru ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.
Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Allah rəhmət eləsin!
15:52 / 09 Aprel 2026
1
15:40 / 09 Aprel 2026
27
15:34 / 09 Aprel 2026
22
15:27 / 09 Aprel 2026
28
15:11 / 09 Aprel 2026
829
15:07 / 09 Aprel 2026
56
15:03 / 09 Aprel 2026
34
15:00 / 09 Aprel 2026
33
14:57 / 09 Aprel 2026
34
14:42 / 09 Aprel 2026
150
14:31 / 09 Aprel 2026
54
14:25 / 09 Aprel 2026
3467
14:19 / 09 Aprel 2026
73
14:16 / 09 Aprel 2026
51
14:12 / 09 Aprel 2026
71
13:50 / 09 Aprel 2026
60
13:45 / 09 Aprel 2026
526
13:40 / 09 Aprel 2026
70
13:29 / 09 Aprel 2026
950
13:03 / 09 Aprel 2026
62
12:59 / 09 Aprel 2026
73
12:58 / 09 Aprel 2026
79
12:58 / 09 Aprel 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.