Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan itkilərini açıqladı

SON DƏQİQƏ

549

13.02.2024, 12:37

Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin 4 nəfər olduğunu bildirib. "Report"un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, daha bir hərbçi yaralanıb. 09:21 Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.