Qaynar xətt:

(+99450) 247 90 86

Təcili! Meyiti göldən tapıldı

Təcili! Meyiti göldən tapıldı

SON DƏQİQƏ

873

13.02.2024, 00:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
19:16 Xaçmazın Ağaverdioba kəndində bədbəxt hadisə baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdioba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.