Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102521
az

Bakıda bina yanır

14:5209 Fevral, 2024
315
  • A
Bakı şəhərinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada yanğın baş verib. Bu barədə "Oxu24.com-"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masallıda faciə: Ölən və yaralılar var
Dənizdə zəlzələ oldu
Zəlzələ oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi