Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102263
az

SON DƏQİQƏ! Həmin oğlan həbs edildi

17:1006 Fevral, 2024
650
SON DƏQİQƏ
  • A
“WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. “Qaynarinfo” xəbər verir ki, növbəti iclas martın 4-də keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq. Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunur. Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vahid Rzayevin cinayət işi üzrə 24 nəfər zərərçəkmiş qismində tanınıb. O, 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Həmin vaxt DİN-in yaydığı məlumatdan aydın olur ki, Vahid Rzayev “WhatsApp” proqramında “Yatırım” adlı qrup yaradılıb. Sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ikiqat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb. Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda obyektdə güclü yanğın, yol bağlandı- Fotolar
Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!
Bu həftə ardıcıl 7 gün    iş     olacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi