Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda mərasim evinin tavanı çöküb, xəsarət alanlar var

Bakıda mərasim evinin tavanı çöküb, xəsarət alanlar var

SON DƏQİQƏ

484

19.01.2024, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda mərasim evinin tavanı çöküb.

 

Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

 

Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.