Qaynar xətt:

(+99450) 247 90 86

Dollar bahalaşdı

Dollar bahalaşdı

SON DƏQİQƏ

550

17.01.2024, 19:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Bankı yanvarın 18-də dolların rəsmi məzənnəsini 88,35 rubla yüksəldib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Mərkəzi Bankın saytında bildirilir.

 

Avronun məzənnəsi 96,05 rubla yüksəlib. Yuan 12,19 rubla kimi bahalaşıb.

 

Müqayisə üçün: Amerika valyutasının rəsmi məzənnəsi yanvarın 17-nə 87,64 rubl, Avropa valyutası 95,6 rubl, Çin valyutası isə 12,12 rubl təşkil edib.

Bir gün əvvəl Moskva birjasında rublun məzənnəsində kəskin dalğalanmalar olub. Finam Financial Group-un analitiki Aleksandr Potavin Gazeta.Ru ilə söhbətində bunun sadəcə olaraq spekulyativ qiymət impulsu olduğunu bildirib və milli valyutanın bu davranışına diqqət yetirməməyə çağırıb.

Bundan əvvəl ekspertlər 2024-cü ilin yazına dair dollar proqnozlarını paylaşmışdılar. Onların hesablamalarına görə, Amerika valyutası 85-90 rubl diapazonunda ticarət edəcək.

 

Müəlif:Nigar