Qaynar xətt:

(+99450) 247 90 86

“Öz maraqlarınızı qorumaq istəyirsinizsə, susun” – Netanyahudan ərəb liderlərinə

SİYASƏT

378

14.11.2023, 16:29

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya hücumlara reaksiya verən ərəb liderlərini hədələyib.

O, bu barədə mətbuat konfransında danışıb.

Netanyahu ərəb liderlərini hədələyərək, bildirib:

“Əgər maraqlarınızı qorumaq istəyirsinizsə, yalnız bir şey etməlisiniz: Susmaq”.

Daha əvvəl CNN-ə müsahibəsidə Qəzzanı işğal etmək planını açıqlayan baş nazir İsrail ordusunun bölgədə dominant olmalı olduğunu deyib. O, Qəzzanın idarəçiliyinin Fələstin rəhbərliyinə verilməyəcəyinə də işarə edib.