Prezident İMZALADI: Nazirlər Kabineti 3 ay müddətində...
29 Aprel 2026, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
510
07.11.2023, 20:27
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər.
Oxu24.com-un xəbərinə görə, dövlət başçısına və birinci xanıma oteldə yaradılan şərait barədə məlumat verilib.
Otuzillik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir. Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına start verilib. Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də “Yasəmən” otelidir.
Bildirilib ki, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
Həmçinin oxuyun
Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.
Otellə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Mehmandarovlar malikanə kompleksinin yuxarı hissəsində bərpa olunacaq binalar barədə də məlumat verilib.
Dövlət başçısı və birinci xanım otelin həyətində yasəmən ağacı əkiblər.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.
17:06 / 29 Aprel 2026
4
17:03 / 29 Aprel 2026
57
16:55 / 29 Aprel 2026
25
16:54 / 29 Aprel 2026
217
16:50 / 29 Aprel 2026
23
16:48 / 29 Aprel 2026
26
16:38 / 29 Aprel 2026
32
16:35 / 29 Aprel 2026
30
16:23 / 29 Aprel 2026
208
16:15 / 29 Aprel 2026
34
16:09 / 29 Aprel 2026
50
15:55 / 29 Aprel 2026
38
15:50 / 29 Aprel 2026
47
15:48 / 29 Aprel 2026
52
15:38 / 29 Aprel 2026
43
15:37 / 29 Aprel 2026
59
15:33 / 29 Aprel 2026
49
15:30 / 29 Aprel 2026
202
15:19 / 29 Aprel 2026
269
15:10 / 29 Aprel 2026
54
14:59 / 29 Aprel 2026
59
14:55 / 29 Aprel 2026
195
14:47 / 29 Aprel 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.