Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyev Mübariz İbrahimov haqqında danışır - VİDEO

2018-12/1545028386_file1289157232377.jpg

SİYASƏT

1286

17.12.2018, 10:32

 Bir neçə gündür özünü  psixoloq kimi  təqdim edən  Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
O, #Milli  Qəhrəman  Mübariz  İbrahimovu "qatil" və "qəddar" adlandırıb. Daha  sonra  şəxsi   facebook hesabında erməniləri özünə düşmən hesab etmədiyini və qanında erməni qarışığının olmasından şübhə etmədiyini bildirib. Qeyd olunan çıxışlar cəmiyyətdə böyük  etirazlara səbəb olub. Bir çox tanınmış  şəxslər, ictimai şəxslər, Qarabağ qaziləri,Şəhid ailələri psixoloqa kəskin etirazlarını bildirib. Oxu24.com Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mübariz İbrahimov və Fərid Əhmədovun dəfnində  səsləndirdiyi fikirləri təqdim edir: