Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Prezident mühüm FƏRMANI İMZALADI

SON DƏQİQƏ! Prezident mühüm FƏRMANI İMZALADI

SİYASƏT

1752

16.03.2022, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb

Fərmanla 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilir.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.