Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
470
01.03.2022, 14:07
Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə kömək göstəriləcək.
Bu barədə "OXU24.COM"a Azərbaycanın fəxri konsulluğundan məlumat verilib.
"Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır. Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər", - məlumatda qeyd olunub.
00:23 / 05 Noyabr 2026
1
00:18 / 05 Noyabr 2026
27
00:16 / 05 Noyabr 2026
75
23:48 / 04 Noyabr 2026
101
23:44 / 04 Noyabr 2026
75
23:40 / 04 Noyabr 2026
73
23:35 / 04 Noyabr 2026
71
23:33 / 04 Noyabr 2026
65
23:30 / 04 Noyabr 2026
91
23:26 / 04 Noyabr 2026
55
23:22 / 04 Noyabr 2026
86
23:17 / 04 Noyabr 2026
107
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
75
23:04 / 04 Noyabr 2026
104
22:59 / 04 Noyabr 2026
146
22:51 / 04 Noyabr 2026
95
22:38 / 04 Noyabr 2026
99
22:34 / 04 Noyabr 2026
117
22:26 / 04 Noyabr 2026
103
22:22 / 04 Noyabr 2026
112
22:16 / 04 Noyabr 2026
2466
22:14 / 04 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.