Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev FƏRMAN İMZALADI

İlham Əliyev FƏRMAN İMZALADI

SİYASƏT

1584

11.02.2022, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Preazident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Oxu24.com  -un məlumatına görə, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1508; 2019, № 3, maddə 419, № 6, maddə 1049; 2021, № 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1540 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.33-cü yarımbəndinə “sahələrdə” sözündən sonra “, habelə həmin təşkilatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda” sözləri əlavə edilsin.

Qar yağacaq  - Əhaliyə xəbərdarlıq