Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
362
03.02.2022, 16:10
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, qanunverici orqanın sədri Mustafa Şentopun imzası ilə Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.
Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən iclasda deputatlar, hökumətin təmsilçiləri və ekspertlər Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran və başqaları diqqətə çatdırıblar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə dövləti və xalqı haqq işində hər zaman Azərbaycanın yanında olub. Bildirilib ki, Şuşa Bəyannaməsi mövcud beynəlxalq geosiyasi vəziyyətdə qəbul edilmiş ən düzgün tarixi sənəddir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bütün tərəflər üçün tarixi şans kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə şanlı Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini özündə tam dolğunluğu ilə əks etdirir.
Çıxışlarda qeyd olunub ki, Şuşa Bəyannaməsinə söykənərək Ermənistanla normallaşma, Zəngəzur dəhlizinin açılması, regionda çoxtərəfli əməkdaşlıq məsələlərində ortaq addımlar atılacaq.
Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.
Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.