Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59306
az

Abdullahian Moskvada biabır oldu: Lavrov iranlı nazirə belə dərs keçdi

21:5607 Oktyabr, 2021
1394
SİYASƏT
  • A
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri Tehran üçün tam fiasko oldu, həm nəticə, həm nüfuz baxımından. Abdullahian rus torpaqlarında təyyarədən düşən kimi Azərbaycana hücum çəkdi. İranlı jurnalistin “pas-sualı”ndan sonra Bakıdan şikayətləndi, bir növ Azərbaycandan Lavrova şikayət edəcəyini dedi. Regional oyunçu olmaq istəyən və hər fürsətdə təhdidlərlə gücünü gözə soxmağa çalışan İranın bir ölkədən başqa ölkəyə şikayətə getməsi gülünc olduğu qədər nüfuzunun səviyyəsini də göstərir. Və iranlı nazirin diplomatik etik qaydalarını bilməməsi də diqqətdən yayınmır. Abdullahian təcrübəsiz nazir kimi tanınır, İranda onun nazir olmasına qarşı çıxanlar da var və daha çox güc strukturlarında kök atmış mollaların adamı kimi tanınır. Ki, Moskvada etdiyi şikayətlə diplomatiyadan çox, “şəbih çıxaran” olduğunu sübut etdi. Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrovun çıxışı İranın istədiyinə nail ola bilmədiyini təsdiqləyir. Rusiyanın baş diplomatı açıq mesajlar verdi: 1. Rusiya Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayıb: bu, yeni reallığın dəyişdirilməyəcəyinin mesajıdır; 2. Rusiya bölgədə 3+3 formatını istəyir: bu, İrana bölgədə qalmağının yeganə yolunun əməkdaşlıq platformasına qoşulmaq olduğunun göstərilməsidir; Lavrov İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsinə də toxundu və Bakının narahatlığını dilə gətirdi. Bununla İrana iddialarının əsassız olduğu mesajını verdi. Abdullahian isə “kor tutduğunu buraxmayan kimi” “sionistlər bölgədədir, sərhədlərin dəyişməsinə imkan verməyəcəyik” kimi absurd iddialarını təkrarlayırdı. Onun görüşdən öncə, elə Moskvada hava limanında dedikləri də Rusiyadan gözləntilərinin nə olduğunu anlamağa imkan verir. “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir. Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək”, - İran XİN rəhbəri bildirmişdi. Lakin Lavrovun mətbuat konfransında dedikləri Moskvanın Tehranı “geri çevirdiyini” göstərir. Ən maraqlı məqamlardan biri isə iranlı jurnalistin Lavrova “pas-sual”ının əks nəticə verməsi idi. Rusiyalı nazir iranlı həmkarını kameralar önündə pərt etdi: kadrlarda Lavrovun müəllim, Abdullahianın şagird obrazında olduğu aydın görünür. Görünür, Azərbaycana qarşı təsdiqlənməmiş uydurmalar səsləndirən İran Xarici İşlər Nazirliyi bu boşboğazlığın beynəlxalq arenada ciddi qəbul edilməyəcəyinin fərqində olmayıb və buna görə də Moskvada biabırçı durumda qalıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Cəbrayıl səfərində İrandan irəli sürdüyü iddiaların faktlarla sübut edilməsini istədi. Tehran hələ də susur, çünki heç bir faktı yoxdur. Asif Nərimanlı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ