Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4896
az

Ziya Məmmədov və qudası haqda yeni sensasion iddialar – Bakını tərk ediblər

11:3931 Avqust, 2018
1383
SİYASƏT
  • A
 Sabiq nazirlər Azərbaycandan gedib Türkiyədə   biznes quranları birmənalı yaxınlarına buraxmırlar, ofislərində azərbaycanlıları işə götürmürlər; Ziya Məmmədov oğlunun ABŞ-a getməsini şəxsən yasaqlayıb; “Bakıdakı hoteli satıblar” iddiası

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və bu ilin aprelində keçirilən prezident seçkisində kənd təsərrüfatı naziri kürsüsü ilə vidalaşan qudası Heydər Əsədov bir müddətdir ki, medianın diqqətindən kənarda qalıb. Daha doğrusu, onların harada olduğu, nə işlərlə məşğul olduğu haqda informasiyalar kəsilib.

Məlumata görə, medianın yadından çıxmaqdan məmnun olan Z.Məmmədov yay mövsümü başlayandan Türkiyədədir. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması yeni xəbər deyil. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar. Bu şirkətlər əvvəl Z.Q.A.N adlanan, sonradan “Qarant”a çevrilən  holdinqlərinin törəmə şirkətləri kimi yaradılmışdı.

Məmmədovların Rusiyada da bir neçə şirkətləri olsa da, onlara elə ciddi investisiya yatırmayıblar. Səbəb Rusiyanın hakim elitasından çəkinmələri olub ki, günlərin birində var-dövlətlərinə “əl qoyula” bilər. İddialara görə, nəhəng biznes imperiyasına sahib olan Z.Məmmədov və oğlunun ən çəkindiyi məsələ kriminallarla üzləşmək olub. Bu səbəbdən də onlar bizneslərini daima qarantiya altına almaq üçün işlərini etibarlı tutublar, həm də kriminallara “hesab” verməmək üçün Rusiyada yerlərini möhkəmlətməyiblər.


Mənbənin məlumatına görə, Z.Məmmədovun  bir neçə rusiyalı məmurla yaxşı əlaqələri olub, onların bir neçəsini artıq işdən çıxarıb, amma vəzifədə qalanlar da var. Buna baxmayaraq, Z.Məmmədov son illər Moskvaya ayaq basmayıb, yalnız iki-üç dəfə qısa müddətdə Krasnodar vilayətindəki kurortlarda olub. Bildirilir ki, Moskvaya getməmək onun yaxın dostu, əlaqələri hələ də qalan Telman İsmayılovun məsləhəti ilə olub. Məlumdur ki, Rusiyadan didərgin salınan oliqarx müflis edilib, barəsində cinayət işi qaldırılıb və axtarışdadır.

Türkiyəyə yerləşən sabiq nazir Ziya Məmmədov burada da son dərəcə ehtiyatlı davranır. Bildirilir ki, sabiq nazir və onunla tez-tez görüşən qudası Heydər Əsədov kənar adamlarla təmaslarında xeyli çəkincəlidirlər. Məsələn, Məmmədovla Heydərov Azərbaycandan gedib dost ölkədə biznes quranları birmənalı yaxınlarına buraxmırlar, ofislərində hətta  azərbaycanlıları işə götürmürlər. O cümlədən, Türkiyənin iş adamları ilə əlaqələrdə də xeyli ehtiyatlıdırlar. Onlarla təmas yaratmaq istəyənlərin yeddi arxa dönəni araşdırdıqdan sonra görüş üçün müsbət cavab verirlər.


Xəbəri verən mənbə deyir ki, Anar Məmmədov da son aylar əsasən, Türkiyədə yaşayır, Londona az-az gedir, ABŞ-a getməsini isə atası şəxsən yasaqlayıb. Bunun da səbəbini təxmin etmək olar. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ən çox sevinən Anar Məmmədov idi. Elə bu cür “bayram” Ziya Məmmədovun karyerasının sonunu gətirdi, oğlu isə Azərbaycanı tərk etməli oldu. Görünür, ABŞ-a getmək, bəlkə də keçmiş şərikindən görüş almağın onlar üçün riskli olduğunu Z.Məmmədov hamıdan yaxşı dərk edir.      


Yeri gəlmişkən, Məmmədovların Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı Trump Tower Baku) Türkiyədən olan bir iş adamına satdıqları barədə də iddialar var. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.

Məlumdur ki, bu ilin aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yarasız hala düşüb. Məmmədovların hoteli satmaq xəbərinin nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Amma maraqlıdır ki, bu iddiadan sonra az qala 4 aydır eyni vəziyyətdə qalan hotelin üst fasadının təmirinə başlanıb. Məmmədovların hökmranlığına son qoyulduğu və bir daha əl-qollarını aça bilməyəcəklərini nəzərə alsaq, onların hoteli satmaları təəccüblü deyil.        


Sirr deyil ki, Heydər Əsədovun qızı (Z.Məmmədovun gəlini)  Türkiyədə ünlü moda evinin sahibidir. Amma bildirilir ki, Məmmədovlar yeni dönəmə tezliklə öyrəşə bilsələr də, H.Əsədov üçün hələ də çətinliklər qalmaqdadır. H.Əsədov Türkiyə mühitinə öyrəşə bilmir, tez-tez Bakıya gəlir. Bu isə Məmmədovların ürəyincə deyil. Onun Bakıya bağlılığı ilə bağlı nəsə demək çətindir, İrəvan mahalında anadan olsa da, o gənclik illərindən Bakıda yaşayır. Bu səbəbdən gələn il 60 yaşı olacaq sabiq nazirin yenidən başqa ölkədə “həyata başlaması”nın çətinliyi anlaşılandır. İddia var ki, o da paytaxtdakı bir neçə villasını satmaq niyyətindədir və bunun üçün Türkiyədə hələ oturuşa bilmir.      

Qeyd edək ki, 2013-2018-cü illər də nazir olan H.Əsədov  kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, bu sahədə dönüş edə bilmədi. Xüsusilə dövlətin kənd təsərrüfatı istehsalçılarına ayırdığı subsidiyaları paylayan, kənd təsərrüfatı texnikasının alınmasına yönəldilən yüz milyonlarla manat vəsaiti xərcləyən, güzəştli gübrə-maşın satan “Aqrolizinq” ASC, idxal-ixrac prosesləri zamanı sahibkarların qəniminə çevrilən Dövlət Fitosanitar Nəzarəti Xidməti, maldar fermerlərin canını boğazına yığan Dövlət Baytarlıq Xidməti kimi qurumların işində ciddi nöqsanlar olub. Bu səbəbdən də H.Əsədovla bərabər o idarələrin rəhbərləri də vəzifələrini itirməli oldular. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır