Qaynar xətt:

(+99450) 247 90 86

İcra başçısı Ramiz Yediyarov işdən niyə çıxarılıb? - Prezidentin köməkçisi açıqladı

2018-08/1535633803_1535632740_1535630189_untitled-1.jpg

SİYASƏT

1615

30.08.2018, 16:55

\"\" Prezident İlham Əliyevin sərəncamına əsasən Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayev kollektivə təqdim edilib.
Oxu24.com Unikal.org-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak edib. Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.