Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Əliyevanın yeni köməkçisi Xalid Əhədov kimdir?

2018-08/1535522354_1535521037_1535516714_3.jpg

SİYASƏT

2460

29.08.2018, 09:58

\"\" Xəbər verdiyimiz kimi, bu gün Emin Hüseynov və Xalid Əhədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin ediliblər. Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.
Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.   Oxu24.com  Teleqraf.com-a istinadən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədovun kimliyi ilə bağlı oxuculara aşağıdakı məlumatı təqdim edir: Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub. Professional fəaliyyəti: 1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri; 2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini; 2012-ci il - Unibank - İcraedici komitənin üzvü; 2015 il - Unibank - İcraçı direktor; 12.07.2016 - \"Bank Standard” - Baş direktor; 2.12.2016 - \"Azər Türk Bank\" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı; 10.01.2017 - \"Beynəlxalq Bank\" - İdarə Heyətinin sədri; 14.03.2018 - \"Beynəlxalq Bank\" - Müşahidə Şurasının üzvü. Qeyd olunan vəzifələrlə yanaşı, o, \"Atəşgah sığorta\"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib. Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir. Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.