Türkiyə ilə onun NATO-dakı müttəfiqi ABŞ arasında gərginliyin artması fonunda Ankara Qərbdən üz döndərərək, gec və ya tez öz nüvə silahını yarada bilər.
Oxu.Az xəbər verir ki, bu fikirləri Almaniyanın sabiq xarici işlər naziri Ziqmar Qabriel deyib.
O, Avropanı Türkiyəni öz orbitində saxlamaq üçün bütün səylərindən istifadə etməyə çağırıb. Türkiyənin NATO-dan gedişi ilə bağlı suala Qabriel belə cavab verib:
“Qorxuram ki, sonda Türkiyədəki millətçilər İran və Şimali Koreyada olduğu kimi, özlərini qorumaq üçün nüvə silahı hazırlasınlar”.
Avropa Birliyinə müraciət edən Qabriel bildirib ki, Almaniya və Avropa ABŞ prezidenti Donald Trampın Ankaraya qarşı münasibətini dəstəkləmədiklərini Türkiyəyə başa salmalıdır. Oxu24.com
ŞƏRHLƏR