Paşinyan öz hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Oxu24.com bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir.
"Paşinyanın siyasətinin konturları hələ də naməlum olaraq qalır. O, Rusiya prezidenti ilə üç dəfə telefon danışığı aparması və görüşləri ilə fəxr edir. Eyni zamanda, Brüsseldə olarkən ölkəsinin Avropa istiqamətinə inteqrasiyasından danışdı. Ermənistan rəhbərliyi bu qeyri-müəyyən xəttini indi də ABŞ və İranla davam etdirir. Bildiyiniz kimi, Paşinyanın ABŞ-a səfəri gözlənilir. Erməni diasporası isə hazırda bu istiqamətdə çox böyük səylər göstərir. Düzdür, bu səfər baş tuta bilər, ancaq ABŞ siyasətçilərindən fərqli olaraq Trampın erməni diasporasının qarşısında hansısa məsuliyyəti yoxdur. Ona görə də Paşinyanın bu görüşə olan ümidləri boşa çıxacaq. Ermənistanda hazırda gərginlik, qarşıdurma meyilləri artmaqdadır. Hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Paşinyanın qeyri-müəyyən siyasəti İrəvanı uçuruma aparır. Ermənistanın yeganə xilas yolu sülh, yəni Azərbaycanın ərazilərinin azad edilməsi istiqamətində addımların atılmasından ibarətdir. Əks halda, Paşinyan nə öz hakimiyyətini, nə də Ermənistanın müstəqilliyini qoruya biləcək". Oxu24.com
ŞƏRHLƏR