Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu - SON DƏQİQƏ

Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu - SON DƏQİQƏ

SİYASƏT

3920

20.08.2018, 09:19

 ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.
Oxu24.com -un  “Sözçü”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib. Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.
Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib. Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.