Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
14 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3215
28.12.2020, 22:28
“Qarabağda son günlər baş verənlər “sülhməramlıların” hansısa özbaşınalığı və ya başqa bir şey yox, Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli və planlı fəaliyyətin təzahürləridir”.
Oxu24.com xəbər verir ki, bu fikirləri politoloq Ərəstun Oruclu deyib. O, bildirib ki, buna başqa sözlə “sürünən müharibə” də demək olar.
“Amma çox təəssüf ki, Azərbaycanda bu haqda rəsmi dairələrin mövqeyini əks etdirən bircə açıqlama belə verilmir. Halbuki rus ordusu tərəfindən açıq himayə onunan erməni təxribatçıları Azərbaycana qarşı həm ideoloji, həm də silahlı mübarizəni günü-gündən gücləndirirlər. Artıq şəhid və yaralananlarımız da var.
Azərbaycan mediasının fəaliyyətini izlədikdə Rusiyanın ünvanına hətta tənqidə də qadağa qoyulması təəssüratı yaranır. Bu da öz növbəsində Rusiyaya məkrli planlarını həyata keçirməyə açıq dəstək vermək deməkdir.
Sual olunur ki, Azərbaycanın hakimiyyət dairələrində belə bir davranışın ölkənin milli təhlükəsizliyinə təhdid və hətta dövlətə xəyanət olduğunu və ölkənin taleyinə görə məsuliyyət daşıdıqlarını anlamırlar?
Suala istənilən cavabdan asılı olmayaraq, nəticə bir ay əvvəl dediklərimizdən fərqli olaraq, bu gün göz qabağındadır və artıq hər kəs üçün aydındır. Nəticə isə budur ki, Rusiya Azərbaycana təsirini sürətlə artırmaqdadır.
Amma təəssüf ki, hətta bu, şəraitdə də Rusiyanı müdafiə etmək məqsədilə ona qarşı çıxanları hədəfə alanlar da az deyil. Onların arasında hadisələri görə bilməyənlərlə yanaşı, sifariş icra edənlər yetərincədir.
Bu da məlumdur ki, Qarabağdakı “sülhməramlılar”ın komandanlığı heç bir halda öz istəyilə bir addım da ata bilməz. Bütün təlimatlar Moskvadan verilir və Rusiyanın geosiyasi planlarına xidmət edir.
Mövcud vəziyyətdə Azərbaycan hakimiyyətinin susması və heç bir effektiv addım atmaması məsələyə siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının münasibət bildirməsini diqtə edir.
Təəssüf ki, burda da vəziyyət ürəkaçan deyil. Digər bir məsələ isə bu gün ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilənin imzalanmasının gecikdirilməsidir.
Burda da vəziyyət acınacaqlıdır: iki ölkə arasında hərbi tərəfdaşlığının açıq şəkildə sabotaj olunduğu görünür.
Rusiya isə Ermənistanı yeni müharibəyə hazırlayır. Bir saat yarım ərzində rus qoşunlarını Azərbaycana gətirənlər ayyarımdır Türkiyə ilə hərbi tərəfdaşlığı qura bilmirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan Sünik (Zəngəzur) bölgəsinə qarşı təcavüzə əl atsa təkcə Ermənistanın deyil, Rusiyanın da hərbi təpkisi ilə üzləşəcək.
Beləliklə, Ermənistan artıq təkcə yeni hərbi qarşıdurmanın ünvanı göstərməklə kifayətlənməyərək Rusiyanın da həmin qarşıdurmada iştirak edəcəyinin anonsunu verir. Bunu da o, heç vaxt Kremlin xeyir-duası olmadan edə bilməz.
Belə şəraitdə Azərbaycanın manevr imkanları məhdudlaşır və indi ata biləcəyimiz 3 mühüm addım var:
1. Azərbaycan ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələrinin əsir görürülmədən məhv edilməsi;
2. Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələblərinin gücləndirilməsi;
3. Azərbaycanla Türkiyə arasında geniş hərbi tərəfdaşlığın sürətləndirilməsinin tələb olunması.
Birincini Azərbaycan ordusu, ikinci və üçüncünü isə Azərbaycan xalqı etməlidir. Hər üç addım da sinxron şəkildə atılmalıdır. Bu məsələdə bizə müharibə dövründə olduğu kimi xalq-ordu birliyi lazımdır. Çünki müharibə hələ də davam edir”.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.