COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
14 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5511
26.12.2020, 13:33
Prezident İlham Əliyev "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib.
Nazirlər Kabinetinə aşağıdakı məsələr tapşırılıb:
1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin;
2. "Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün;
3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.
23:47 / 14 Noyabr 2026
1
23:33 / 14 Noyabr 2026
47
23:23 / 14 Noyabr 2026
131
23:16 / 14 Noyabr 2026
58
23:05 / 14 Noyabr 2026
221
23:01 / 14 Noyabr 2026
94
22:28 / 14 Noyabr 2026
608
22:19 / 14 Noyabr 2026
76
21:55 / 14 Noyabr 2026
107
21:32 / 14 Noyabr 2026
126
21:22 / 14 Noyabr 2026
158
21:11 / 14 Noyabr 2026
708
21:04 / 14 Noyabr 2026
816
21:02 / 14 Noyabr 2026
120
20:56 / 14 Noyabr 2026
608
20:50 / 14 Noyabr 2026
129
20:38 / 14 Noyabr 2026
126
20:23 / 14 Noyabr 2026
1268
19:54 / 14 Noyabr 2026
116
19:50 / 14 Noyabr 2026
120
19:36 / 14 Noyabr 2026
1947
19:15 / 14 Noyabr 2026
154
19:12 / 14 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.